Əliyar Ağayev İtaliyanın ev oyununu idarə etdi
Azərbaycanlı hakimlər 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunan AÇ-2017-nin seçmə mərhələ oyununu idarə ediblər. Baş hakim Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlərimiz İtaliya və İrlandiyanın gənclərdən ibarət yığmalarının oyununda idarəçilik ediblər.

İtaliyada keçirilən görüşdə meydan sahibləri 1:0 hesabıyla qalib gəliblər. Ağayev altısı italyanlara, biri irlandlara olmaqla bütövlükdə 7 sarı vərəqə göstərib. İtalyanların bir futbolçusu iki sarı vərəqə aldığı üçün 70-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, bu oyunda Ağayevə Zeynal Zeynalov, Rza Məmmədov və dördüncü hakim Orxan Məmmədov kömək edib.

Xəbər 672 dəfə oxundu.