Şahzadə Əli: "FİFA-da böhran dərinləşir"
Beynəlxalq Futbol Federasiyası Assosiasiyasına (FİFA) yeni prezidentin seçilmə tarixinin dəyişdirilməsi yolverilməzdir.

Bunu FİFA prezdentliyinə namizəd, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn bildirib.

"FİFA-da böhran dərinləşir. Yeni hesabatlı prezident seçərək, təşkilat müvəqqəti rəhbərlik tərəfindən idarə edilməsi çərçivəsindən çıxarılmalıdır. Seçkinin keçirilməsi tarixinin dəyişdirilməsi qeyri-sabitlik üçün əlavə problem yaradacaq. Bu, bütün dünyada baş verənlərdən FİFA-nın nəticə çıxarmadığını göstərəcək", - deyə, prezidentliyə namizəd şahzadənin bəyanatında vurğulanıb.

Qeyd edək ki, FİFA-da prezident seçkisi 2016-cı il fevralın 22-də nəzərdə tutulub.

Xəbər 722 dəfə oxundu.