Yaşar Vahabzadə: Oyun keyfiyyəti baxımından rəqibdən geri qaldıq
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində "Dalğa Arena”da keçirilmiş və yığmamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatmış Azərbaycan – Finlandiya oyunundan sonra mətbuat konfransı təşkil olunub. Yığmamızın baş məşqçisi Yaşar Vahabzadə məğlubiyyəti belə şərh edib:

"Ötən oyun böyükhesablı məğlubiyyətə uğradığımız üçün komandada psixoloji vəziyyət yaxşı deyildi. Futbolçularla istər fərdi, istərsə də komanda şəklində söhbətlər apardıq. Bu oyun göstərdi ki, komandada qələbə istəyi vardı və futbolçular əzmlə mübarizə apardılar. Bəlkə də oyun keyfiyyəti baxımından rəqibdən geri qaldıq. Bunun səbəbi xeyli sayda zədəli futbolçumuzun olmasıdır. Heyətdəki çətinliklərlə bağlı hücum planında istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Hətta bu oyunda start heyətin heç bir futbolçusu əvəz olunmadı. Çünki hücumda daha yaxşı oynamağa ehtiyacımız olsa belə, ehtiyat oyunçular skamyasındakı futbolçuların hamısı müdafiəyəmeyilli oyunçular idi”.

Xəbər 672 dəfə oxundu.