Azərbaycanın ulduz voleybolçusundan «Neftçi»yə dəstək
Ölkəmizin qadın voleybolçulardan ibarət milli komandasının aparıcı üzvü Ayşən Əbduləzimova «Neftçi» futbol klubuna dəstək nümayiş etdirib. Azərbaycanın ulduz oyunçusu «28 Mall»da yerləşən «Neftçi Üzvlük Kartı»nın satış məntəqəsinin qonağı olub. Reklam lövhəsinin önündə şəkil çəkdirən Ayşən, azarkeşləri flaqmanın matçlarını canlı seyr etməyə çağırıb.

Xəbər 804 dəfə oxundu.