Rail Məlikov: İtkilər oyunumuza təsir göstərməyib
“Qələbə qazandığımıza görə çox şadıq. Əlbəttə, qrupdakı ilk oyunumuzda da qələbə qazanmaq istəyirdik. Amma nəzərə almaq lazımdır ki, Ukrayna “Metallist”i Avropanın güclü klubları sırasındadır”.

İdman.com.az saytının məlumatına görə, bu sözü qol.az-a “Neftçi”nin kapitanı Rail Məlikov deyib. Çeçenistanın ilk prezidenti Əhməd Qədirovun xatirəsinə həsr olunmuş beynəlxaq turnirdə 6-qat Azərbaycan çempionu Ukrayna “Metallist”inə məğlubiyyətin (1:3) ertəsi günü, Polşanın “Poloniya” komandasına 3:1 hesabı ilə qalib gəlib.

Müdafiəçi deyib ki, “Poloniya” ilə oyuna ciddi hazırlaşıblar: “İlk məğlubiyyətdən sonra başa düşdük ki, geriyə yolumuz yoxdur. Bu, yaxşı turnirdir. Peşəkar tərəfdən yanaşsaq, bu yarışa hazırlıq kimi baxmaq lazımdır. Hər halda bura güclü komandalar toplaşıb və onlarla qarşılaşmağın özü də bir təcrübədir. Amma istənilən halda, biz niyə də bu turnirin çempionu olmayaq?”

Məlikov braziliyalı futbolçuları Flavinyunun yoxluğunun komandaya təsiri ilə bağlı sualı da cavalandırıb: “Duzdür, Flavinyunun yoxluğu itkidir. Olsaydı, mübarizə daha maraqlı alınardı. Amma Flavinyunun olmaması “Neftçi”yə təsiri yoxdur. Onunla yanaşı Alessandro da Silva da çıxış etmir. Buna baxmayaraq, “Neftçi”də onları əvəz edən layiqli futbolçular var”.

Xəbər 1015 dəfə oxundu.