AVRO-2016-nın seçmə qrup mərhələsinin bombardirləri müəyyənləşib | |
Polşa milli komandasının futbolçusu Robert Levandovski AVRO-2016-nın seçmə qrup mərhələsinin bombardiri olub. 27 yaşlı hücumçu 10 oyuna 13 qol vurub. Bununla da Levandovski Şimali İrlandiyadan olan Devid Hilinin AVRO-2008-in seçmə tsiklindəki rekordunu təkrarlayıb. 9 qarşılaşmada 9 dəfə fərqlənmiş Almaniya millisinin forvardı Tomas Müller ikinci, 8 matçda 8 top müəllifi olmuş Rusiya yığmasının ön xətt oyunçusu Artyom Dzyuba və İsveç millisindən Zlatan İbrahimoviç qərarlaşıb. Azərbaycan milli komandasının bombardiri isə Dmitri Nazarov olub. Almaniya "Karlsrue"sində çıxış edən yarımmüdafiəçi 3 qol vurub. Digər orta xətt oyunçusu Rahid Əmirquliyev 2, hazırda həbsdə olan Cavid Hüseynov isə 1 qol vurub. Millinin aktivinə daha bir qolu isə İtaliya millisinin müdafiəçisi Corco Kyellini avtoqolla yazıb. Azərbaycan yığması da avtoqolsuz ötüşməyib. Kapitan Rəşad Sadıqov Xorvatiyaya 0:6 hesablı məğlubiyyətlə nəticələnən səfər matçında öz qapısına qol vurub. |
|
Xəbər 614 dəfə oxundu. |
|
|