Azərbaycan kuboku: ilk oyunlar (YENİLƏNİR) | |
Bu gün Azərbaycan kubokunda 1/16 final mərhələsinin oyunlarına start veriləcək. Bu mərhələnin hər üç oyunu eyni gündə baş tutacaq. Birinci divizion təmsilçilərinin iştirakı ilə keçiriləcək 1/16 final mərhələsində cütün taleyi bir oyundan ibarət olacaq. Bu gün qələbə qazanacaq komanda 1/8 finala yüksələcək. Qeyd edək ki, MOİK – “Turan Tovuz” cütünün qalibi növbəti mərhələdə "İnter", “Şahdağ” - “Şəmkir” cütünün qalibi "Qarabağ"la, “Şərurspor” - “Qaradağ-Lökbatan” cütünün qalibi isə "Neftçi" ilə qarşılaşacaq. 14 oktyabr Azərbaycan kuboku, 1/16 final 14:00. MOİK – “Turan Tovuz” Hakimlər: Əmrah İbrahimov, Rahil Ramazanov, Vüsal Qənbərov, Alik Yunusov “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 14:00. “Şahdağ” – “Şəmkir” Hakimlər: Ömər Paşayev, Coşqun Həsənov, Kamran Bayramov, Elgün Hüseynov Şövkət Orduxanov adına Qusar şəhər stadionu. 20:00. “Şərurspor” – “Qaradağ Lökbatan” Hakimlər: Anar Niyazov, Yaşar Abbasov, Şakir Quliyev, Qorxmaz Eldarov Bakı. “Bayıl Arena”. |
|
Xəbər 696 dəfə oxundu. |
|
|