“Barselona” Obameyanqla maraqlanır
“Borussiya”nın forvardı Pyer-Emerik Obameyanq “Barselona” futbol klubunun diqqət mərkəzindədir.

Hücumda məhsuldarlığı ilə seçilən 26 yaşlı qabonluya xüsusi olaraq Katalon klubunun məşqçi heyəti maraq göstərir. İspaniya bossları Obameyanqı hücumçuları Lionel Messi, Neymar və Luis Suaresə əvəz üçün istəyir.

Bu arada xəbərə münasibət bildirən “Borussiya” klubunun idman direktoru Mihael Çork qabonlu forvard ilə yollarını ayırmayacağını deyib. Qeyd edək ki, Obameyanqın “Borussiya” ilə müqavilə müddəti 2020-ci ilədək nəzərdə tutulub. Hücumçu Bundesliqanın keçirilmiş 8 oyununda aktivinə 10 top yazdıra bilib.

Xəbər 679 dəfə oxundu.