Çumbinyo: "Fiziki və beyin olaraq hazır idim"
"Ən qısa zamanda optimal formamı bərpa edib komandaya köməklik göstərmək istəyirəm".

Bunu "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Çumbinyo deyib.

Milli komandanın seçmə mərhələ oyunları ilə bağlı yaranmış fasilə zamanı "Qarabağ"ın "Qəbələ" ilə yoxlama görüşü keçirdiyi barədə məlumat vermişdik. Bu oyunda diqqət çəkən ən vacib məqam Çumbinyonun 1 il 1 aylıq fasilədən sonra geri dönməsi olub. Matçda start heyətində meydançaya daxil olan "sambaçı" 80 dəqiqə mübarizə aparıb.

O, klubun rəsmi saytına açıqlamasında oyun barədə təəssüratlarını bölüşüb: "Bir ildən çox idi ki, meydançaya çıxmırdım. Oyun boyu üzərimdə hər hansı bir təzyiq olmadı. Fiziki və beyin olaraq hazır idim. Düzü, əsas narahatlığım o idi ki, ayağımda ağrı hiss edə bilərdim. Amma şükürlər olsun ki, ağrı hiss etmədim. Bu baxımdan hər şey yaxşı oldu".

Qeyd edək ki , Çumbinyo ötən il sentyabrın 16-da Avropa Liqasının qrup mərhələsinin "Sent-Etyenn"lə ilk qarşılaşmasında zədələnərək yaşıl meydançalardan uzaq qalmışdı.

Xəbər 848 dəfə oxundu.