Braziliyanın “Fluminense” futbol klubunun nümayəndəsi Bakıda səfərdədir
Bakının “Neftçi” futbol klubunun dəvəti ilə Braziliyanın “Fluminense” komandasının nümayəndəsi Marselo Texeira ölkəmizdə səfərdədir.

“Fluminense” klubunun nümayəndəsi oktyabrın 13-də “Neftçi”nin “28 Mall” Ticarət Mərkəzindəki üzvlük kartları məntəqəsində olub.

Marselo Texeira səfəri ilə bağlı deyib: “Bakı çox gözəl və möhtəşəm şəhərdir. Tarixi memarlıq abidələrinin yeni tikililərlə vəhdəti şəhərə xüsusi yaraşıq verir. Burada gördüklərim mənim üçün xoş sürpriz oldu. “Neftçi”də çıxış edən futbolçulardan Ailtonu 17 yaşından tanıyıram. Uzun müddət bir yerdə çalışmışıq. “Neftçi”nin nümayəndələri ilə Almaniyada, gənc futbolçular arasında keçirilmiş turnirdə tanış olmuşuq. Biz gələcək əməkdaşlıq haqqında danışıqlar aparmışıq”.

Qonaq bildirib ki, “Fluminense” üçün “Neftçi” kimi klubla əməkdaşlıq çox önəmlidir. “Neftçi”nin icraçı direktoru və idman direktoru ilə Braziliyada görüşmüşdük. Onlar bizim futbolçularımız ilə söhbət apardılar və iş üslubumuzla tanış oldular. Daha sonra biz Bakıya dəvət olunduq.

Xəbər 729 dəfə oxundu.