FİFA Neftçinin xeyrinə qərar verdi
26.12.2014-cü il tarixində Rusiyanın “Spartak” klubu “Neftçi”yə məktub ünvanlayaraq futbolçu Samir Məsimovun Moskva klubunda qeydiyyatda olduğunu əsas gətirmiş, futbolçunun “Neftçi” PFK ilə ilk peşəkar müqaviləsi olduğu üçün bu klubdan 42,541 avro məbləğində təzminat tələb etmişdi. 19.02.2015-ci il tarixdə Moskva klubu FİFA qarşısında tələb olunan təzminatın “Neftçi” PFK tərəfindən ödənməsi tələbi ilə vəsadət qaldırmışdı.

Uzun müddət davam edən prosesə “Neftçi” PFK tərəfindən təcrübəli vəkil cəlb olunub və “Spartak” klubunun FİFA-ya ünvanladığı iddianın tərkibində əsassız məqamların yer aldığı aşkarlanıb.

Bu gün FİFA tərəfindən “Neftçi” PFK-ya daxil olmuş məktubda, ali futbol qurumunun “Mübahisəli Məsələlərin Həlli” şurası proseslə bağlı “Neftçi” PFK tərəfinin haqlı olduğunu və “Spartak” klubunun iddiasının rədd edildiyini bildirib.

Xəbər 690 dəfə oxundu.