İdman dırmanması üzrə hakimlik kurslarına start verilib
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) tərkibində növbəti kurs fəaliyyətə başlayıb.

Kursun məqsədi idman dırmanmasının bütün növləri üzrə təcrübəli hakim yetişdirmək və hakim bazasını genişləndirməkdir.

Hakimlik kursu tələbələrinə idman dırmanmasının çətinlik, sürət və boldrinq növləri üzrə həm nəzəri, həm də təcrübi dərslərdə iştirak şansı yaradır. Dərslər oktyabrın 16-dək “ClimBaku” dırmanma mərkəzində keçiriləcək.

İştirakçılar nəzəri və təcrübi dərslərdən sonra imtahan verərək kursu tamamlayacaqlar. Kursu uğurla bitirən iştirakçı sertifikatla təmin olunacaq və idman dırmanması üzrə yarışlarda hakim kimi çalışacaqlar.

Dərslər Beynəlxalq İdman Dırmanması Federasiyası tərəfindən elan olunan ən son qaydalar əsasında keçirilir.

AZƏRTAC

Xəbər 1734 dəfə oxundu.