Samboçularımız Avropa birinciliyində altı medal qazanıblar
Latviyanın paytaxtı Riqada yeniyetmələr və gənclər arasında sambo üzrə dünya birinciliyi keçirilib.

İdmançılarımız dünya birinciliyində 6 medal qazanıblar. Yeniyetmələrin yarışında Nəriman Əhmədov (56 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəşad Dünyamalıyev (52 kq) gümüş, Əliş Yusifov və Aslan Mirzəyev (87 kq) isə bürünc medallara sahib olublar.

Gənclərin yarışında isə İlkin Babazadə (60 kq) birinci, Əmrah Bayramov (57 kq) ikinci yeri tutub.

AZƏRTAC

Xəbər 583 dəfə oxundu.