Rumıniyalı mütəxəssis: “Qarabağ” olduqca texnikalı komandadır
“Qarabağ” bu gün Rumıniya Super Liqa təmsilçisi “Petrolul Ploiesti”ni hər hissədə vurduğu bir qolla məğlub etdi. İdman.com.az xəbər verir ki, matçdan sonra rəqibin baş məşqçimizi Valeru Rachita oyunu dəyərləndirib:

“Qarabağ”ı qələbə münasibətiylə təbrik edirəm. Zənnimcə, olduqca maraqlı görüş oldu. Matçın hər 2 tərəf üçün faydalı olduğu qənaətindəyəm. Oyunboyu yüksək temp vardı. Qarşılıqlı hücumlar yoxlama oyunu olmasına baxmayaraq görüşə rəng qatdı. “Qarabağ”a gəlincə, deyərdim ki, olduqca texnikalı komandadır. Topla oynamağı bacaran, kombinasiyalı oynamağa üstünlük verən komandanız var.

Daim axtarışdaydınız. “Qarabağ” məndə ancaq xoş hisslər buraxdı. Baxımlı futbola üstünlük verirdiniz. Bizim də fərqlənmək üçün bir neçə şansımız olsa da, “Qarabağ” ən azı 2 epizodda fərqi artırmağa borclu idi. Kimisə fərqləndirməyim düzgün olmazdı. Çünki, fərdlərdən daha çox kollektiv futbola üstünlük verilməsi hiss olunurdu”.

Xəbər 899 dəfə oxundu.