Hərbiçilərin VI dünya idman oyunlarında uğurla çıxış edən Azərbaycan milli komandasının üzvləri Vətənə qayıdıblar
Koreya Respublikasında təşkil olunan hərbiçilərin VI dünya idman oyunlarında uğurla çıxış edən Azərbaycan milli komandasının üzvləri oktyabrın 13-də Vətənə qayıdıblar.

Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılarımızı müdafiə, gənclər və idman nazirliklərinin, federasiyaların nümayəndələri və jurnalistlər qarşılayıblar.

Hərbiçilərin VI dünya idman oyunlarında Azərbaycan təmsilçiləri idmanın üç növü - cüdo, taekvondo və güləş üzrə yarışlarda 12 medal qazanıblar. Azərbaycan millisi ümumi komanda hesabında 15-ci pillədə qərarlaşıb.


Xəbər 562 dəfə oxundu.