"Qəbələ"nin forması satışa çıxarıldı
Avroliqanın qrupunda yarışan “Qəbələ” formalarını satışa çıxarıb.

İdman.com.az klubun saytına istinadən xəbər verir ki, forma alan hər bir azarkeşə Avropa Liqasının qrup mərhələsinin “Qəbələ” - “Borussiya” oyunu üçün bilet veriləcək. Bundan başqa, ilk bileti alan şəxsə “Sarar” firmasının kostyumu və klubun futbolçularının imzaladığı forma hədiyyə ediləcək.

Formaları “Go Sport” İdman Malları Mağazasından əldə etmək mümkündür (Ünvan: Neftçilər pr. 151, Port Baku Mall, 3-cü mərtəbə).

Bundan əlavə oktyabrın 20, 21 və 22-i paytaxtın müxtəlif məkanlarında səyyar satış nöqtələri təşkil olunacaq.

Xəbər 843 dəfə oxundu.