Neftçi Dəri top uğrunda oynayacaq
Ötən mövsüm Azərbaycan çempionatının qalibi olmuş "Neftçi"nin U-14 komandası Rusiyada keçirilən beynəlxalq turnirə yola düşüb. Krasnodar şəhərində təşkil olunan “Dəri top” turnirində yerli çempionatlarında birinci olmuş komandalar qüvvəsini sınayacaq.

Yarışın açılış mərasimi 13.10.2015-ci il tarixində baş tutacaq. Turnirin qalibinin adına 18 oktyabr tarixində aydınlıq gələcək.

Xəbər 698 dəfə oxundu.