AVRO-2016-nın final mərhələsinə daha 2 vəsiqə sahibini tapıb
Futbol üzrə AVRO-2016-nın seçmə mərhələsində son turun növbəti oyunları keçirilib. İkinci oyun günündə daha 3 qrupda 9 qarşılaşma baş tutub.

C qrupunda İspaniya liderliyi qoruduğundan Slovakiya və Ukrayna digər iki yer üçün mübarizə aparıblar. Lüksemburqa qalib gələn Slovakiya ikinci yerdə qərarlaşıb, İspaniyaya yenilən Postsovet məkanın təmsilçisi isə pley-offa kifayətlənməli olub.

G qrupunda isə Rusiya və İsveç birbaşa vəsiqə üçün mübarizə aparıblar. Monteneqro ilə oyundan 2:0 qalib ayrılan Rusiya yığması Avropa Çempionatına birbaşa qatılmaq hüququnu əldə edib. İsveç isə daha bir matç oynamalı olacaq.

E qrupunda qarşılaşmalar formal xarakter daşıyıb. İngiltərənin birinci, İsveçrnin isə ikinci olduğu “altılıq”da Sloveniya da üçüncü pillədə qərarlaşıb.

C qrupu
23:45. Luksemburq – Slovakiya – 2-4
Baş hakim:Oliver Draxt (Avstriya)
Luksemburq. Jozi Bartel Stadionu
23:45. Belarus – Makedoniya – 0-0
Baş hakim:Kristian Dinqert (Almaniya)
Borisov. "Borisov Arena"
23:45. Ukrayna – İspaniya – 0-1
Baş hakim:Milorad Majiç (Serbiya)
Kiyev. Olimpiya Stadionu

E qrupu
23:45. San Marino – Sloveniya - 0-2
Baş hakim:Aleksandr Stavrev (Aleksandar Stavrev)
Serravalle. "San Marino" Stadionu
23:45. Estoniya - İsveçrə - 0-1
Baş hakim:Pol van Bukel (Hollandiya)
Tallin. A Le Kok Stadionu
23:45. Litva - İngiltərə - 0-3
Baş hakim:Kenn Hansen (Danimarka)
Vilnüs. FFL Stadionu

G qrupu
21:00. Avstriya – Lixtenşteyn - 3-0
Baş hakim:Miroslav Zelinka (Çexiya)
Vena. Ernst Xappel Stadionu
21:00. İsveç – Moldova - 2-0
Baş hakim:Luka Banti (İtaliya)
Solna. "Frends Arena"
21:00. Rusiya – Monteneqro 2-0
Baş hakim:Sveyn Moen
Moskva. "Otkrıtıye Arena"

Xəbər 664 dəfə oxundu.