Azərbaycan alpinisti İranın ən yüksək zirvəsini fəth etdi
Azərbaycan alpinisti İsmayıl Əsgərov İranın ən uca zirvəsi olan Damavəndə qalxıb. Azərbaycan Alpinizm Federasiyasından idman.com.az saytına verilən xəbərə görə, bu nöqtənin hündürlüyü 5670 metrdir. Təmsilçimiz adı çəkilən uca nöqtəyə əvvəlcədən iqlimə uyğunlaşmadan qalxıb.

Alpinistlərin bir hissəsi hava şəraitinin pis olması üzündən, zirvəyə qalxmaqdan imtina ediblər. Həmyerlimiz isə, baza düşərgəsinə yanvarın 26-da gəlib. Növbəti gün o, 3000 metr hündürlüyə qalxıb. Yanvarın 28-də saatda 50 kilometr sürətlə əsən güclü küləyə baxmayaraq, İsmayıl 4200 metrə dırmanıb, orada düşərgə qurub; sonra zirvəni fəth edib.

Xəbər 2476 dəfə oxundu.