FİFA-dan Platini barədə yeni qərar
Bu gün FİFA-da UEFA prezidenti Mişel Platininin vəzifəsindən və futbol fəaliyyətindən 3 ay müddətinə uzaqlaşdırılası ilə bağlı qərarından apelyasiya şikayətinə baxılıb.

Bugünkü iclasda qeyd olunub ki, Platininin vəkillərinin UEFA prezidenti ilə bağlı qərar verilərkən onun özünümüdafiə hüququnun təmin edilməməsi ilə bağlı iddiaları əsassızdır.

“FİFA-nın etik komitəsinin üzvləri Platini barədə qərar verməzdən öncə onunla beş saata yaxın söhbət aparıblar. Bu söhbətin stenoqramı 50 səhifədən çoxdur” – deyə FİFA-dan bildirilib.

Xəbər 681 dəfə oxundu.