Elvin Məmişzadə finala çıxdı, olimpiadaya lisenziya qazandı
Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatı davam edir. Artıq yarışda yarımfinal mərhələsinə start verilib.

91 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Abdulqadir Abdullayev finala vəsiqə uğrunda görüşdə kubalı Erisladi Savonla üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada daha təcrübəli Savon qalib gəlib. Abdullayev isə karyerasında ilk dəfə çıxış etdiyi dünya çempionatında bürünc medalla kifayətlənib.

Bu gün bokçularımızdan Elvin Məmişzadə əlcəzairli Muhammed Flissi ilə qarşılaşıb. O, rəqibinə qalib gələrək, həm finala yüksəlib, həm də Olimpiadaya lisenziya qazanıb.

Albert Səlimov braziliyalı Robson Konseysaoyla, Pərviz Bağırov isə qazaxıstanlı Daniyar Yeleusinovla üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan idman tarixində ilk dəfə olaraq boksçularımız dünya çempionatında 4 medala sahib olublar.

Xəbər 919 dəfə oxundu.