Daha dörd yığma komanda AÇ-yə vəsiqə qazandı
2016-cı ildə Fransada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan daha dörd komanda müəyyənləşib. Bunlar Albaniya, Almaniya, Polşa və Rumıniya yığmalarıdır.

Qeyd edək ki, daha öncə turnirə ev sahibliyi edəcək Fransa ilə yanaşı, İngiltərə, Şimali İrlandiya, Portuqaliya, İslandiya, Çexiya, Avstriya, İspaniya, İsveçrə, İtaliya, Belçika və Uels də qitə birinciliyinə vəsiqəni təmin etmişdi.

Artıq AÇ-yə vəsiqə uğrunda pley-off oyunu keçirəcək iki komanda da müəyyənləşib. Bunlar İrlandiya və Danimarkadır.

Xəbər 716 dəfə oxundu.