Bu dəfə çempion adını Vüqar Rəsulov qazandı
Kişi şahmatçıları arasında Azərbaycan çempionatının qalibi müəyyənləşmib. İdman.com.az saytının məlumatına görə, yarışda çempion adını Vüqar Rəsulov qazanıb. O, 7 xal yığıb. Son turlarda liderliyi ələ keçirən Azər Mirzəyevin yekun partiyada heç-heçə oynaması, onu 2-ci edib. Gümüş mükafatçı ilə bərabər qalan Vasif Durarbəyli 6 xalla 3-cü yer tutub.

Xəbər 1329 dəfə oxundu.