Bakının “Lokomotiv” voleybol komandası İtaliyanın “Sudtirol Neruda Bolzano” kollektivinə qalib gəlib
Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol klubu İtaliyadakı təlim-məşq toplanışını qələbə ilə başa vurub.

Bolonyada hazırlıq keçən “Lokomotiv” yoldaşlıq görüşündə yerli “Sudtirol Neruda Bolzano” kollektivi ilə qarşılaşıb və rəqibini 3:1 hesabı ilə məğlub edib.

Baş məşqçi Fransua Salvaninin yetirmələri yerli “Pyaçensa” komandası ilə yoldaşlıq oyunu keçirməli olsa da, rəqib görüşdən imtina edib.

İtaliyada keçirdiyi dörd yoxlama oyununun ikisində qələbə qazanan “Lokomotiv” bir görüşdə məğlub olub, bir dəfə isə heç-heçə edib.

Xəbər 679 dəfə oxundu.