“Qəbələ”dən növbəti qələbə
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün 4-cü yoldaşlıq matçına çıxıb. İdman.com.az xəbər verir ki, “qırmızı-qaralar”ın rəqibi Ukraynanın “Obolon” klubu olub. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə bizimkilər qalib gəliblər. Oyunun yeganə qolunu Murad Hüseynov vurub.

Qeyd edək ki, “Obolon” dünən Antalyada “Qarabağ”la yoldaşlıq matçı keçirib. Qara dənizlilər Ağdam təmsilçisini 3:0 hesabı ilə darmadağın edib.
“Qəbələ” bundan əvvəl Antalyada Qazaxıstanın “Atırau” və Ukraynanın “Krivbass” klublarına 1:2 hesabları ilə uduzub, Ruminiyanın “Vitorul” komandasına qalib gəlib (1:0).

Xəbər 885 dəfə oxundu.