Azərbaycan Kubokunda ilk oyunların proqramı açıqlanıb
Futbol üzrə Azərbaycan Kubokunda 2015/2016 mövsümünün ilkin təsnifat oyunlarının proqramı açıqlanıb. Hər 3 qarşılaşmada I Divizion komandaları üz-üzə gələcək.

Oyunlardan 2-si Bakıda, 1-i Qusarda baş tutacaq. Qalib komandalar 1/8 finala vəsiqə qazanacaqlar.

Azərbaycan Kuboku, ilkin təsnifat mərhələsi
14 oktyabr (çərşənbə)

14:00. MOİK (Bakı) – “Turan Tovuz”
“Bakı” klubunun təlim-məşq bazasının stadionu

14:00. “Şahdağ” (Qusar) – “Şəmkir”
Şövkət Orduxanov adına Qusar şəhər stadionu

20:00. “Şərurspor” – “Qaradağ Lökbatan”
Bakı, “Bayıl Arena”.

Xəbər 657 dəfə oxundu.