Prosineçki və Petev jurnalistlərlə görüşəcək
Avro-2016-nın seçmə mərhələsində oktyabrın 13-də, Sofiya şəhərindəki Vasil Levski Milli Stadionunda keçiriləcək Bolqarıstan – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtını diqqətinizə çatdırırıq.

Bugün 19:30-da Bolqarıstan milli komandasının baş məşqçisi İvaylo Petevin mətbuat konfransı keçiriləcək. Saat 20:00-da ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşq baş tutacaq.

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki mətbuatla saat 21:15-də görüşəcək, saat 21:45-də isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşq baş tutacaq.

Hər iki məşq və mətbuat konfransı Vasil Levski Milli Stadionunda keçiriləcək. (AFFA)

Xəbər 708 dəfə oxundu.