Aqil Məmmədovdan komanda yoldaşına etiraz
AzAL klubunun kapitanı Aqil Məmmədov komanda yoldaşı Tərlan Xəlilovun klubun yeni baş məşqçiyə ehtiyacı olması ilə bağlı fikirlərinə münasibət bildirib. İdman.com.az saytı xəbər verir ki, təcrübəli müdafiəçi qol.az-ın müxbiri ilə söhbətində, Xəlilovun fikirləri ilə razılaşmadığını və AzAL-ın yeni məşqçiyə ehtiyacının olmadığını deyib:

"Tərlan Xəlilovun fikirləri ilə tanış oldum. Bu barədə mətbuatdan oxumuşam. Mən hər zaman düzünü demişəm. Komandada müəyyən problem ola bilər. Ancaq futbolçunun məşqçini müzakirə etməyə ixtiyarı yoxdur.

Bizim işimiz futbol oynamaqdır. Baş məşqçi kim olursa-olsun, mənim üçün fərqi yoxdur. Bütün işlərin başında insanlıq durur. Hər yoldan keçən baş məşqçi ola bilməz. Rafiq Mirzəyevlə münasibətim yaxşıdır və AzAL-a yeni məşqçi lazım deyil".

Xəbər 982 dəfə oxundu.