Albaniya millisi Ermənistan yığmasını məğlub edərək “Avro-2016”nın növbəti mərhələsinə yüksəlib
Futbol üzrə “Avro-2016”nın növbəti mərhələsinə yüksələn daha iki milli komanda müəyyənləşib.

Oktyabrın 11-də Yerevanda Ermənistan millisini 3:0 hesabı ilə məğlub edən Albaniya yığması “İ” qrupunda ikinci yeri özünə təmin edib. Portuqaliya millisindən sonra Albaniya yığması da növbəti mərhələyə adlayıb.

“F” qrupunda mübarizə aparan Rumıniya millisi Farer adlarının komandasına 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Bu qrupda Şimali İrlandiya millisi də mərhələ adlayıb.

Xəbər 645 dəfə oxundu.