“Bakı” yeni legionerləri ilə müqavilə imzaladı
“Bakı” klubu qış transfer pəncərəsində 3 transferini gercəkləşdirib. İdman.com.az -ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi müdafiəçi Duje Bakoviç, yarımmüdafiəçi Lukas Mario Horvat və müdafiəçi Nenad Kovaçeviçi rəngələrinə bağlayıb. Artıq bu futbolçularıla rəsmi müqavilə imzalanıb.

Anlaşmayanın şərtlərinə əsasən, Duje Bakoviç və Lukas Mario Horvar 2 il ərzində “Bakı”nın formasını geyəcəklər. Nenad Kovaçeviçlə bağlı isə 1+1 il müddətli müqavilə qüvvəyə minib.

Qeyd edək ki, 31 yaşlı Nenad Kovaçeviç son mövsümü “Srvena Zvezda” klubunun heyətində keçirib. Təcrübəli futolçu 25 dəfə Serbiya mili komandasının formasını geyinib. Boyu 177 sm-dir.

Lukas Mario Horvat Sloveniyanın “Domjale” klubundan gəlib. 26 yaşı var, boyu 178 sm-dir.
Duye Bakoviçin son klubu isə Xorvatiya “Riyeka”sı olub. Xorvatiyanın U-18, U-19, U-21 milli komandalarının heyətində çıxış edib. Boyu 187 sm-dir.

Xəbər 939 dəfə oxundu.