“Qarabağ” nəhayət, qələbə qazandı
Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoldaşlıq oyununu keçirib. İdman.com.az saytının məlumatına görə, Ağdam təmsilçisinin rəqibi Rumıniya Superliqa təmsilçisi “Petrolul Ploeşti” klubu olub.

Bakı vaxtı ilə saat 16:45-də başlayan qarşılaşmada Qurban Qurbanovun komandası nəhayət, qələbə qazana bilib. Hesab 2:0 xeyrimizə bitib. Qolları Admir Telli və Rauf Əliyev vurublar.

Qeyd edək ki, Unibank Premyer Liqa təmsilçisi “Petrolul Ploeşti”dən öncə “Taraz”a (Qazaxıatan) 0:1, “Rid”ə (Avstriya) 1:3, “Obolon”a (Ukrayna) 0:3 hesabı ilə uduzub, “Vasluy”la (Rumıniya) isə 1:1 hesablı heç-heçə edib.

Xəbər 913 dəfə oxundu.