Azərbaycanın şahmat üzrə kişilərdən ibarət yığması Reykyavikdə çempion adını qoruyacaq
Şahmat üzrə Avropa komanda çempionatında Azərbaycan yığmalarının heyəti məlum olub.

Reykyavikda keçiriləcək çempionatda Azərbaycanın kişilərdən ibarət yığmasının heyətində Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Arkadi Naydiç, Rauf Məmmədov, Eltac Səfərli mübarizə aparacaqlar. Komandanın kapitanı Murad İsgəndərlidir.

Qadın şahmatçılardan ibarət yığmanın heyətinə Zeynəb Məmmədyarova, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xəyalə Abdulla və Nərmin Kazimova daxildirlər. Komandanın kapitanı Fikrət Sideifzadədir.

Azərbaycan qrossmeysterlərinin əsas rəqibləri Rusiya, İngiltərə, Ukrayna, Fransa, Macarıstan və Ermənistan şahmatçılarıdır.

Turnir noyabrın 12-dən 22-dək İslandiyanın paytaxtında keçiriləcək.

Xatırladaq ki, əvvəlki üç birinciliyin qalibi Azərbaycan (2009-cu və 2013-cu illərdə) və Almaniya (2011-ci ildə) yığmaları olublar.

Xəbər 640 dəfə oxundu.