Boksçumuz Abdulqadir Abdullayev dünya çempionatının yarımfinalına yüksəlib
Azərbaycan milli komandasının üzvü Abdulqadir Abdullayev (91 kq) boks üzrə dünya çempionatında ikinci görüşünü də qələbə ilə başa vuraraq yarışların yarımfinal mərhələsinə yüksəlib.

İdmançımızın oktyabrın 10-da bu çəki dərəcəsində dörddəbir finaldakı rəqibi argentinalı Yamil Peralta Jara üzərində 3:0 hesabı ilə qələbə qazanıb.

Bu gün, həmçinin çempionatda ölkəmizi təmsil edən digər boksçular - dünya və Avropa çempionu Albert Səlimov (60 kq), Elvin Məmişzadə (52 kq) və Pərviz Bağırov (69 kq) dörddəbir final mərhələsində görüşlərini keçirəcəklər.

Xəbər 713 dəfə oxundu.