Badmintonçularımız Arazın o tayına yollanmağı planlaşdırırlar
Badmintonçularımız Slavyan Universitetinin idman zalında təlim-məşq toplanışını davam etdirirlər. Məqsəd, qarşıdan gələn yarışlara hazırlıqdır. Milli komandamızın aparıcı üzvü Orxan Qələndərov idman.com.az saytına açıqlamasında deyib ki, yığmamız fevralın 15-də Tehranda təşkil olunacaq «A» kateqoriyalı beynəlxalq turnirdə iştirak etməyi planlaşdırır:

«İran paytaxtında keçiriləcək yarışda rəqabət gərginliyi ilə seçiləcək. Bu, bizim ölkə xaricində ilin ilk sınağı olacaq. Opponentlərimizə ciddi müqavimət göstərməyə çalışacağıq».

Son ölkə çempionu onu da əlavə edib ki, reytinqləri kifayət etmədiyindən, onlar London olimpiadasında mübarizə apara bilməyəcəklər. «Dördilliy»ə qatılmaq üçün ilk 200 badmintonçu sırasına duşmək lazımdır. Buna görə, il ərzində minimum 20-30 beynəlxalq yarışlarda iştirak etmək lazımdır.

KAMRAN

Xəbər 1746 dəfə oxundu.