​"Neftçi"nin Müşahidə Şurasının növbəti iclası keçirilib
Bu gün "Neftçi" PFK-nın inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib.

İdman.com.az-ın klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, görüşdə şura üzvlərinə bir sıra məsələlərlə bağlı hesabat təqdim olunub və gündəlikdə olan məsələlər müzakirə edilib.

" "Neftçi" PFK-nın əsas komandasının nəticələri və hazırki durumu ilə bağlı hesabat verilib və komandanın son oyunlardakı çıxışı müzakirə olunub. Həmçinin klubun əvəzedici komandasının çıxışı, futbol akademiyasının fəaliyyəti ilə bağlı hesabat təqdim olunub və aşağı yaş qrupu komandalarının formalaşması müzakirə olunub", - deyə məlumatda bildirilir.
Görüşdə eləcə də, klubun bəzi maliyyə məsələləri müzakirə olunub və gələn həftə yeni titul sponsoru ilə imzalanacaq müqavilə barəsində müzakirələr edilib.

"İclasda Bakının müxtəlif rayonlarında yerləşən məktəblərdə aparılan iş barədə şura üzvlərinə hesabat təqdim edilib. Azarkeşlərlə aparılan iş barədə şura üzvlərinə hesabat verilib və komandanın oyunlarına daha çox azarkeşin cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb. O cümlədən “Neftçi”PFK-nın ev oyunlarının təşkli, elektron bilet satışı barədə hesabat verilib və gələcəkdə yeni sayt vasitəsilə onlayn satışın həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Həmçinin klubun üzvlük kartları layihəsinin icrası ilə bağlı hesabat verilib və layihənin genişləndirilməsi ilə bağlı görüləcək işlər müzakirə edilib (“Neftçi” PFK indiyədək üzvlük kartlarından 11,428 AZN məbləğində gəlir əldə edib)", - deyə məlumatda qeyd olunub.

Görüşdə o cümlədən “Neftçi” PFK-nın infrakstrukturu ilə bağlı məsələlərə toxunulub, yeni baza layihəsinin qısa müddətdə hazırlanması ilə bağlı konkret tapşırıqlar verilib. İclasda, həmçinin Braziliyanın “Fluminense” klubu nümayəndəsinin gələn həftə Bakıya səfəri planı şura üzvlərinə təqdim edilib.

İclasda Emil Mpenza məsələsi ilə bilavasitə məşğul olan ispaniyalı vəkil Jozef Vandellas da iştirak edib. Təcrübəli vəkil prosesin gedişatı ilə bağlı şura üzvlərinə məlumat verib. Qeyd edək ki, proses üzrə İdman Arbitraj Məhkəməsində (CAS) dinləmələr 22 oktyabr tarixində İsveçrənin Lozanna şəhərində baş tutacaq.

Xəbər 705 dəfə oxundu.