FİFA-da Yozef Blatteri əvəzləyən tapılıb
Beynəlxalq Futbol Federasiyasının (FİFA) vitse-prezidenti İssa Ayatu təşkilatın vəzifədən kənarlaşdırılmış başçısı Yozef Blatterin yerini tutub.

Beynəlxalq Futbol Federasiyasının başçısı vəzifəsinə indiyə qədər təşkilatın vitse-prezidenti postunu tutan İssa Ayatu təyin edilib. 65 yaşlı kamerunlu FİFA-ya yeni prezidentin seçiləcəyi fevral ayına qədər başçılıq edəcək. Ayatu prezident posta namizədliyini irəli sürməyəcəyini və istintaqa əlindən gələn qədər kömək göstərəcəyini bildirib.

Blatter isə kobud və ədalətsiz hesab etdiyi rəftara etiraz əlaməti olaraq etika komitəsinin qərarından apelyasiya şikayəti verib. Xatırladaq ki, isveçrəli korrupsiyada şübhəli bilinərək 90 gün müddətində FİFA-nın rəhbərliyindən kənarlaşdırılıb.

Xəbər 685 dəfə oxundu.