“Qarabağ” Rumıniya klubu ilə bacara biləcəkmi?
Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu bu gün növbəti yoldaşlıq oyununu keçirəcək. İdman.com.az saytının məlumatına görə, rəqib Rumıniya Superliqa təmsilçisi “Petrolul Ploeşti”dir. Qarşılaşmanın saat 17:15-də keçirilməsi planlaşdırılmışdı. Lakin Rumıniyada oyunun canlı yayımlanması səbəbindən görüşün başlama saatı 30 dəqiqə qabağa çəkilib. Belə də oyun 16:45-də başlayacaq.

Xəbər 1021 dəfə oxundu.