"Çelsi"də yeni qapıçı
İtaliya millisinin sabiq qapıçısı Marko Ameliya "Çelsi"yə transfer olunub.

Bu barədə futbolçunun meneceri Federiko Pastorello məlumat verib.

Pastorelli "tvitter" səhifəsində Ameliyanın "Çelsi"yə transfer olunduğunu yazıb. Karyerası ərzində "Milan", "Genua", "Livorno", "Palermo", "Parma", "Leççe" və "Roma"da çıxış edən 33 yaşlı qapıçı "Çelsi"yə azad agent kimi keçib.

Qeyd edək ki, "Çelsi"nin əsas qolkiperi Tibo Kurtuanın zədə səbəbindən iki yaşıl meydanlardan kənarda qalması səbəbindən yeni qapıçı transfer etdiyi bildirilir.

Xəbər 691 dəfə oxundu.