Əsgər Abdullayev Neftçidə
“Neftçi” PFK-nın Müşahidə Şurasının növbəti iclası keçiriləcək. İclas sabah - oktyabrın 9-da klubun inzibati binasında baş tutacaq.

Qeyd edək ki, Müşahidə Şurasının bu dəfəki iclası bir müddət öncə rəhmətə gedən Mübariz Zeynalovun yerinə başqa namizədin üzvlüyə qəbul olunması ilə bağlı olacaq. Belə ki, vaxtilə paytaxt klubunun şərəfini qorumuş, millimizin sabiq üzvü və baş məşqçisi Əsgər Abdullayev "Neftçi"nin Müşahidə Şurasında yer alacaq.

Xəbər 543 dəfə oxundu.