Bakı klubu beynəlxalq turnirdə 2-ci yeri tutdu
Qadın voleybolçulardan ibarət "Telekom" klubu beynəlxalq turnirdə ikinci yeri tutub. Komandamız Türkiyədə Çengiz Göllünün xatirəsinə həsr olunmuş yarışın finalında Rusiyanın "Proton" klubu ilə qarşılaşıb.

"Bursaspor" klubunun ev sahibliyi etdiyi yarışın 5-ci turunda təmsilçimiz qələbə qazansa da, çempion adına ruslar sahib çıxıblar.

Son turda keçirilmiş oyunlarından sonra turnir cədvəlində "Proton" 10 xalla birinci, "Telekom" 9 xalla ikinci, Fransa "Kann"ı 9 xalla üçüncü yeri tutub. 8 xala sahib Polşanın "Atom" klubu dördüncü, meydan sahibi "Bursaspor" 6 xalla beçinci, "Qalatasaray" isə 3 xalla sonuncu pillədə qərarlaşıb.

Çengiz Göllü beynəlxalq turnir
V tur
"Telekom" - "Proton" 3:2 (18:25, 25:19, 20:25, 25:17, 15:7)

Xəbər 686 dəfə oxundu.