İqtisad Universitetində birinci “Tələbə İdman Oyunları” keçiriləcək
Dekabrın 14-dən 24-dək Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) birinci “Tələbə İdman Oyunları” keçiriləcək.

Universitetin “İqtisadçı Gənclər Akademiyası”nın təşəbbüsü ilə təşkil edilən oyunlar ADİU-nun 85 illiyinə həsr olunur.

Oyunlarda 11 idman növü üzrə 700-dən çox idmançı tələbənin yarışa qatılması nəzərdə tutulub. Yarışların yüksək səviyyədə təşkilini təmin etmək məqsədi ilə oyunlara minə yaxın könüllü cəlb olunacaq.

Qeyd edək ki, “Tələbə İdman Oyunları” Azərbaycan universitetləri tarixində ilk dəfə olaraq keçiriləcək.

Xəbər 662 dəfə oxundu.