Voleybol klublarımızın oyunlarını idarə edəcək hakimlər məlum oldu
Qadın voleybolçular arasında “Çelenc Cup”da ölkəmizi təmsil edən “Lokomotiv” və “Bakı” klublarının 1/8 final mərhələsinin ilk matçında oyunlarını idarə edəcək ədalət təmsilçilərinin adları açıqlanıb. İdman.com.az saytının məlumatına görə, fevralın 1-də Bakı İdman Sarayında Serbiyanın “Vizura” komandasını qəbul edəcək “dəmiryolçular”ın görüşündə əsas söz sahibi Tiran Şayno (İsrail) olacaq.

Matçda II hakim funksiyasını türkiyəli Nurper Özbar yerinə yetirəcək. Bu qarşılaşmadan 1 gün sonra baş tutacaq “Bakı” – “Rieka” (Xorvatiya) duelində polşalı Tomas Yanik əsas referi olacaq. Ona isə köməkliyi Andrey Kovalçuk (Ukrayna) edəcək.

Xəbər 927 dəfə oxundu.