"Neftçi"dən "Qəbələ"yə böyük jest
Azərbaycan Premyer Liqasının növbəti turunda “Qəbələ”ni qəbul edəcək “Neftçi” qarşı tərəfin müraciətinə müsbət cavab verib.

Oktyabrın 18-də “Bakcell Arena”da üz-üzə gəlməli olan rəqiblərin dueli Qəbələdə baş tutacaq.

Tərəflər həm də oyunun bir gün öncəyə çəkilməsini razılaşdırıb və Peşəkar Futbol Liqası da buna razılığını verib. Qərarın tezliklə aşıqlanmas gözlənilir.

Bu addımı atmağa konkret səbəb var. “Qəbələ” oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində Dortmund “Borussiya”sını qəbul etməlidi. Almanlarla oyun bütün qitənin diqqət mərkəzində olduğu üçün UEFA matşın baş tutacağı “Bakcell Arena”nın ideal durumda olmasını istəyir. Almanlarla görüşdən 4 gün öncə burada çempionat matçının keçirilməsi isə qazonun sıradan çıxmasına səbəb ola bilər.

Bunu nəzərə alan “Qəbələ” “Neftçi”yə Bakıda başqa stadion axtarmaqdansa, ilk dövrə matçının Qəbələdə keçirilməsini təklif edib. Əvəzində ikinci dövrədə komandalar “Bakcell Arena”da üz-üzə gələcək. Bu, həm də arenanın yaşıl örtüyünün “Borussiya” ilə oyun üçün qorunmasına kömək edəcək.

Alqışalayiq haldı ki, “Neftçi” komandalarımızın avrokuboklardakı uğurunun ölkənin imicinə müsbət təsir etdiyini nəzərə alaraq, bu təklifə “hə” cavabı verib. Onlar ilk görüşün Qəbələdə keçirilməsinə razılaşıblar.

Xəbər 859 dəfə oxundu.