“Real”ın uelsli hücumçusu Qaret Beyl ölkəsində ilin futbolçusu seçilib
Madridin “Real” komandasının uelsli hücumçusu Qaret Beyl ölkəsində 2015-ci ilin ən yaxşı futbolçusu seçilib.

Uels Futbol Federasiyasının bu mükafatını karyerası ərzində artıq beşinci dəfə qazanan Q.Beyl bu göstərici üzrə Mark Hyuzu və Con Hartsonu qabaqlayıb. Futbolçu bu mükafata “Real”ın heyətində uğurlu çıxışı və Uels millisinin “Avro-2016”nın seçmə mərhələsinin “B” qrupunda liderlik etməsində oynadığı mühüm rola görə layiq görülüb.

Federasiya tərəfindən artıq 25-ci dəfə təqdim olunan mükafat futbolçuya Kardifdə keçirilən mərasimdə verilib.

Avropa çempionatının seçmə mərhələsində Uels millisi 18 xalla “B” qrupuna başçılıq edir.

Xəbər 675 dəfə oxundu.