Finlandiya millisi Bakıya 22 futbolçu ilə gəlir
"Avro-2017"nin seçmə mərhələsində oktyabrın 13-də millimizlə qarşılaşacaq Finlandiyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının heyəti açıqlanıb.

Rəqibin baş məşqçisi Tommi Kautonen yığmamızla görüş üçün 22 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, oktyabrın 9-da Almaniya ilə qarşılaşacaq Finlandiya millisi 4 gün sonra Bakıda yığmamızın qonağı olacaq.

Qapıçılar: Otso Virtanen (“Mariehamn”), Karlyohan Eriksson (HİFK), Frederik Qotte (klubsuz)
Müdafiəçilər: Naemeka Anyamele (HİFK), Fredrik Lassas (HIFK), Hampus Holmqren (“Atvidaberq”, İsveç), Felipe Aspeqrenin (“Kotka”), Dani Hatakka (KuPS), Joel Mero (“Borussiya” Mönhenqladbax, Almaniya), Daniel Oşauqnessi (“Brentford”, İngiltətə), Sauli Vaysanen (HİFK)
Yarımmüdafiəçilər: Armend Kabaşi (“Ayntraxt”, Braunşveyq, Almaniya), Moştaq Yaqubi (“Rovaniemi”), Qlen Kamara (“Arsenal”, İngiltərə), Robert Teylor (JJK), Simon Skrabb (“Atvidaberq”, İsveç), İro Tamminen (VPS), Matias Oyala (“Oulu”), Riçard Yensen (“Tvente”, Hollandiya), Yasse Tuomisenə (“Laxti”)
Hücumçular: Piri Soiri (VPS), Yuness Rahimi (HİFK)

Xəbər 710 dəfə oxundu.