Zirə AZAL-la yoxlama oyunu keçirəcək
Topaz Premyer Liqasının debütantı "Zirə" yığma komandaların matçları ilə əlaqədar yaranmış fasilədən yararlanaraq, yoxlama oyunu keçirəcək. Adil Şükürovun çalışdırdığı komanda Premyer Liqanın digər təmsilçisi AZAL-la qarşılaşacaq.

Oyun oktyabrın 10-da Zirə Olimpiya İdman Kompleksində keçiriləcək və saat 18:00-da start götürəcək.

Xəbər 718 dəfə oxundu.