Əfsanəvi futbolçu sağalmaz xəstəliyə tutulub
Alman futbolunun canlı əfsanəsi Herd Müller ağır xəstəliyə tutulub.

“Bavariya”nın keçmiş futbolçusu alsheymer xəstəliyi ilə mübarizə aparır.

Bu barədə Almaniya mətbuatı xəbər yayıb.

Əfsanəvi futbolçunun ailəsindən bildiriblər ki, keçmiş forvard 70 illik yubileyi ilə bağlı tədbirdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, noyabrın 3-də Müllerin 70 yaşı tamam olacaq.

Xəbər 681 dəfə oxundu.