Millimizin Avstriya ilə matçı islandiyalılara tapşırıldı | |
21 yaşadək futbolçular arasında AVRO-2017-nin seçmə mərhələsində Avstriya - Azərbaycan matçına hakim təyinatları müəyyənləşib. Qarşılaşmanı islandiyalı Qunnar Yarl Yonsson idarə edəcək. Ona Qunnar Qunnarson, Birkir Siqurdarson kömək edəcək. Dördüncü hakim isə Torvaldur Arnason olacaq. Qeyd edək ki, Avstriya - Azərbaycan oyunu oktyabrın 9-u keçiriləcək. |
|
Xəbər 850 dəfə oxundu. |
|
|