Bolqarıstan – Azərbaycan oyununun biletləri oktyabrın 7-dən satışa çıxarılacaq
Futbol üzrə “Avro 2016”-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstan və Azərbaycan yığmaları arasında keçiriləcək matça biletlər oktyabrın 7-dən etibarən satışa çıxarılacaq.
Sofiyadakı “Vasil Levski” stadionunda keçiriləcək qarşılaşmanın biletləri 7-20 levə (4,2-11,98 manat) satılacaq.

Qeyd edək ki, Bolqarıstan - Azərbaycan matçı oktyabrın 13-də keçiriləcək və saat 23:45-də start götürəcək.


Xəbər 676 dəfə oxundu.