AFFA azarkeşləri dördqat dünya çempionu İtaliya ilə matçda millimizi stadionda dəstəkləməyə çağırır
Futbol üzrə “Avro 2016”nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-İtaliya görüşündən əvvəl AFFA tərəfindən videorolik hazırlanıb.

Videorolikdə azarkeşlərin millimizin İtaliya ilə matçını stadionda izləmək üçün beş səbəb göstərilir. AFFA azarkeşləri millimizi dəstəkləməyə çağırır. Videorolikdə qeyd olunur ki, millimiz möhtəşəm Bakı Olimpiya Stadionunda ilk qarşılaşmasına çıxacaq. Komandamız dörd oyundur məğlub olmur. Millimiz dördqat dünya çempionu İtaliya yığması ilə görüşəcək. Bu matçda komandanın kapitanı Rəşad Sadıqov 100-cu oyununa çıxacaq. Azərbaycanın milli komandası oynayacaq.

Videoçarxla aşağıdakı linklə tanış olmaq mümkündür. https://www.youtube.com/watch?v=NL6ELQjVOLc&feature=youtu.be

Qarşılaşma oktyabrın 10-da Bakı Olimpiya stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

Xəbər 661 dəfə oxundu.